ANS-in aparıcısı Aytən Səfərova efirdə Metropoliteninin yeni rəhbərinə söz atıb.
Teleaparıcı “Şəbəkə” verilişində metrolardan ayaqyoluların yığışdırılması ilə bağlı sualı cavablandırarkən belə deyib:
“Axırıncı dəfə metroda ayaqyoluna 11 il əvvəl getmişəm. Onda “Xəbərçi”də işləyirdim. Metronun ayaqyolusu elə bir vəziyyətdə idi ki, avtovağzaldakından da betər. Dedim ya bu ayaqyolu bağlansın, ya da düz-əməlli fəaliyyət göstərsin”.
Müəyyən məqamlara görə, keçmiş metropoliten rəhbəri Tağı Əhmədova şükür edən aparıcı xanım eyhamından da qalmayıb:
“Düzü yeni rəhbəri heç tanımıram da. Çünki hələ media qarşısına çıxmayıb. Siz kimsiniz? Özünüzü tanıdın bizə”.