"Azərbaycanın səsi" müsabiqəsində iştirakçılardan 600 manat tələb olunur

28-04-2014, 18:12   
"Azərbaycanın səsi" müsabiqəsində iştirakçılardan 600 manat tələb olunur
Sosial şəbəkədə “Azərbaycanın səsi” layihəsində iştirak etmək üçün iştirakçılardan 600 manat pul tələb edildiyi haqda məlumatlar yayılıb.
Münsiflər heyətinin üzvü olan müğənni Elnarə Xəlilova yayılan məlumatlara sosial şəbəkədə aydınlıq gətirib:

“Azərbaycan versiyasında 600 manatı girov qoymalısan. Gəlin razılaşaq ki, dünyada olan məsuliyyət hissi bizdə çox azdır. İştirakçı müsabiqədən kəsiləndə pulu ona geri qaytarılır. Nəzərə alın ki, Azərbaycanda səsi olanda, olmayanda gətirib o pulu verir, təki iştirak etsin, dünyada belə deyil. İndi düşünün ki, belə olmasaydı, biz çəkilişlərdə nə məşəqqətlər çəkəcəkdik. Ən əsası isə fitri istedadlar pulsuz da götürülür. Azərbaycanda adətən yarışmanın yarısında iştirakçı deyir ki, işim çıxdı, sağ olun, mən getməliyəm. Ona görə də 600 manatı girov qoyur”.
Qeyd edək ki, “ATV” kanalında yayımlanacaq “Azərbaycanın səsi” layihəsinin münsiflər heyəti Nadir Qafarzadə, Namiq Qaraçuxurlu, Elnarə Xəlilova və Natavan Həbibidir. Verilişin aparıcısı isə "ATV Maqazin" jurnalının baş redaktoru Günay Firudinqızıdır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.