Rusiyameyilli separatçılar Ukraynanın Donetsk vilayəti Konstantinovka şəhər Şurasını ələ keçiriblər. Binanı tutan maskalılar hərbi səhra geymindədirlər. Onlar heç bir tələb irəli sürmürlər. Qurumun binası qarşısına avtomobil şini və qumdan ibarət barrikadalar qururlar.
Şura əməkdaşları şəhər şurasının binasına buraxılmayıblar.
Separatçılar paralel olaraq, şəhər milis şöbəsinin binasını da tutublar.