YAP-dan Leyla Yunusun saxlanılmasına reaksiya

29-04-2014, 11:37   
YAP-dan Leyla Yunusun saxlanılmasına reaksiya
“Leyla Yunus və Arif Yunus hansısa əsas var ki, saxlanılıblar”.

Bunu açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Mübariz Qurbanlı hüquq müdafiəçisi Leyla Yunus və həyat yoldaşı Arif Yunusun saxlanmasına münasibət bildirərkən deyib.

YAP rəsmisi vurğualyıb ki, aiddiyyatı orqanlar bu barədə özü açıqlama verəcək: “Buna mən nə münasibət bildirə bilərəm? Hüquq-mühafizə orqanları saxlayıb, deməli, açıqlama verəcəklər. Leyla Yunus və Arif Yunus əsas var ki, saxlanılıblar”.

Qeyd edək ki, Leyla və Arif Yunus bu gün gecə saatlarında Bakı-Doha aviareysini həyata keçirən təyyarəyə minərkən saxlanıblar. Onların evlərində və ofislərində axtarış aparılacağı bildirilib. Qeyd edilib ki, Leyla Yunus dindirilmək üçün Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə aparılıb.

Arif Yunus isə ötən gecə ürəyində ağrılar başladığından 1 saylı Şəhər Kliniki Xəstəxanasına (Semaşko) yerləşdirilib. O, hazırda xəstəxananın reanimasiya şöbəsindədir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.