Leyla Yunus: “Mən tualet istəyirəm, cəhənnəm olun...”

29-04-2014, 11:41   
Leyla Yunus: “Mən tualet istəyirəm, cəhənnəm olun...”
Saat 00:55-də həyat yoldaşı Arif Yunusla birgə Bakı hava limanında olan Leyla Yunus "Amerikanın səsi"nin müxbirinin telefon zənginə cavab verib.

“Bizim çamadanlarımızı, çantalarımızı yoxladılar, sənədlərimizi və kompüterimizi götürüblər. İndi evimizdə və ofisimizdə axtarış aparacaqlar” - o qeyd edib.

Saat 01:40-da Leyla Yunusun rəhbərlik etdiyi Sülh və Demokratiya İnstitutunun Bakıdakı ofisinin qarşısına 1 polis maşını və 2-3 nəfər polis əməkdaşı gəlib.

Virtualaz.org saytının müxbirinin verdiyi xəbərə görə, polislərin yanında azı 6 nəfər mülki geyimli də var. Leyla Yunusun evinə də polislər gəlib. İki nəfər mülki geyimli onun yaşadığı binaya keçib. Onlar jurnalistlərin evə və ofisə daxil olmasına imkan verməyiblər.

Vəkil Xalid Bağırov deyib ki, evdə və ofisdəki axtarışlar müvafiq order olmadan aparılıb. Saat 3-də Leyla Yunusun telefonuna zəng çatmayıb. Vəkil bildirib ki, bu, onun həbsi ilə bağlı ola bilər: "Yəqin telefonunu alıblar".

Virtualaz.org saytının müxbirinin əldə etdiyi xəbərə görə, Leyla Yunusun evində və ofisində axtarışlar aparandan sonra ona və əri şübhəli şəxs qismində saxlanılıblar. Daha sonra Baş Prokurorluğa aparılıblar. Hüquq müdafiəçisi hazırda orada sorğulanır. Onun əri Arif Yunusun səhhətində isə problem yaranıb. Onun ürəyində ağrılar başladığından 1 saylı Şəhər Kliniki Xəstəxanasına (Semaşko) aparılıb. Hazırda xəstəxananın reanimasiya şöbəsindədir.

Baş Prokurorluq və MTN əməkdaşları hazırda Leyla və Arif Yunusların mənzillərində və ofoslərində axtarışlara başlayıblar.

Məlumatlarda o da deyilir ki, Leyla və Arif Yunuslar dövlətə xəyanət və Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq ittihamları ilə həbs edilmiş jurnalist Rauf Mirqədirovun işi ilə əlaqədar həbs ediliblər.

Yada salaq ki, L.Yunus R.Mirqədirovu dəfələrlə Ermənistana göndərdiyini şəxsən özü etiraf edib.

Hüquq müdafiəçisi Leyla Yunus həyat yoldaşı Arif Yunusla birlikdə aprelin 28-də axşamdan xeyli keçmiş Bakı hava limanında Doha şəhərinə (Qətər) gedərkən saxlanılıb.

Virtualaz.org saytının verdiyi xəbərə görə, sərhədi keçərkən onlara ölkəni tərk etmələrinin qadağan olduğunu bildiriblər.

Amma Leyla və Arif Yunusu müşayiət edən Qərb diplomatları – Fransa səfiri və Amerika səfirinin müavini Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədovla danışdıqdan sonra onları sərhəddən buraxıblar. Amma sonradan təyyarəyə minərkən yenidən saxlayıblar.


Leyla Yunus telefonla bildirib ki, 4 nəfər mülki geyimli şəxs videoçəkilişlə onları dindirmək istəyib, amma o, suallara vəkilsiz cavab verməkdən imtina edib.

Təxminən saat 23:30 onlara saxlanıldıqlarını bildiriblər. Onlara bildiriblər ki, əvvəl çantaları, sonra isə ofis və mənzillərində axtarışlar aparılacaq. Vəkil Xalid Bağırov hava limanına yollanıb.
[media=http://www.youtube.com/watch?v=xHEPYyB96Ks]
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.