Rusiya Müdafiə naziri Sergey Şoyqu ilə Pentaqon rəhbəri Çak Heygel arasında telefon danışığı baş tutub. “Axar.az” xəbər verir ki, tərəflər Ukraynada baş verən prosesləri müzakirə ediblər. Rusiyalı nazir bildirib ki, Kreml Kiyevlə döyüşmək istəmir və artıq gərginliyin azaldılması istiqamətində addımlar atır. Onun sözlərinə görə, artıq təlimlər başa çatıb və rus ordusu öz daimi yerinə qayıdıb. Şoyqu telefon danışığı zamanı Ukrayna tərəfini sərhəddə vəziyyəti gərginləşdirməkdə ittiham edib: “Rusiyanın hərbi təlimlərə başlamasından əvvəl Ukrayna “terrorizmlə mübarizə” adı altında sərhəd bölgələrinə 80 tank, 130-dan çox PDM və zirehli transportyorlar, 60-a yaxın artilleriya və minomyotlar, hətta döyüş təyyarələri yığdı. Ukrayna hərbçilərinin sayı 15 mini keçmişdi. Kiyevin bu addımı Rusiyanı sərhəddə hərbi təlim keçirməyə məcbur etdi”.