Xəstəxanadan Arif Yunusun səhhətilə bağlı ilk AÇIQLAMA

29-04-2014, 11:56   

Kliniki Tibbi Mərkəzə (KTM) yerləşdirilən tanınmış hüquq müdafiəçisi Leyla Yunusun həyat yoldaşı, tarixçi alim Arif Yunusun səhhəti normallaşıb. Bu barədə KTM-in reanimasiya şöbəsindən məlumat verilib.

Şöbənin növbətçi həkimi bildirib ki, A. Yunus xəstəxanaya hipertoniya diaqnozu ilə yerləşdirilib: “Onun təzyiqinin qalxması səhhətində problem yaradıb. Yaxın saatlarda Arif Yunusun səhhəti ilə bağlı konsilium aparılacaq. Həkimlərin rəyindən sonra evə buraxılıb-buraxılmayacağı bəlli olacaq”.

Xatırladaq ki, tanınmış hüquq müdafiəçisi Leyla Yunus həyat yoldaşı Arif Yunus ilə birlikdə aprelin 28-də saat 23.30 radələrində Heydər Əliyev Hava Limanından Qətərin Doha şəhərinə gedərkən saxlanılıb. Sərhədi keçərkən onlara ölkəni tərk etmələrinin qadağan olduğunu bildiriblər.
Saat 04.00 radələrində isə Arif Yunusun evində halı pisləşib və o, təcili yardımla xəstəxanaya aparılıb. Leyla Yunus isə hazırda Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində ifadəsi alınır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.