Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Pol Poqbaya 40 milyon avro "Real"

29-04-2014, 12:10   

"Yuventus" klubunun futbolçusu Pol Poqba yeni mövsümdən İspaniya La Liqasında çıxış edə bilər.
"France Football"a verdiyi məlumata görə, "Real" (Madrid) klubu 21 yaşlı futbolçunun xidmətində maraqlıdır.

Bu transferin həyata keçirilməsini komandaya "Real"ın köməkçi məşqçisi Zinəddin Zidan məsləhət görüb. "Kral klubu" fransız futbolçunun keçidi üçün "Yuventus"a 40 milyon avro təklif etməyə hazırdır. Turin təmsilçisinin bu təklifi necə qarşılayacağı maraq doğurur.

Qeyd edək ki, Poqba "Yuventus"un heyətində keçirdiyi 56 oyunda 11 qola imza atıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar