"Real"ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının yarımfinal mərhələsində "Bavariya" ilə cavab qarşılaşması öncəsi mətbuat konfransı keçirib.
O, bu gün baş tutacaq görüşün çox çətin keçəcəyini deyib:
"Güclü bir komandaya qarşı oynayacağıq. İlk matçda 1:0 hesabı ilə qalib gəldiyimiz üçün kiçik üstünlüyə sahibik. İndidən növbəti mərhələyə keçdiyimizi düşünəcək qədər sadəlövh deyilik. Çünki səfərdə oynayacağımız bir qarşılaşma var".
Qeyd edək ki, "Bavariya" - "Real" oyunu bu gün Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.