"Facebook"a status yazdı və 1 dəqiqədən sonra ölü tapıldı

29-04-2014, 12:21   
"Facebook"a status yazdı və 1 dəqiqədən sonra ölü tapıldı
Amerikanın Klemmons şəhərinin sakini Kortni Enn Senford "Facebook" səhifəsində optimist status yerləşdirdikdən bir dəqiqə sonra avtomobil qəzasında dünyasını dəyişib.

24 apreldə səhər saatlarında şəhərətrafı şossedə hərəkət edən 32 yaşlı Senford sosial şəbəkədə yüksək əhval-ruhiyyədə olduğunu və Farrel Uilyamsın yeni mahnısını dinlədiyini yazıb: "Happy" mahnısı məni xoşbəxt edir".

Status saat 8.33-də yazılıb. Artıq 8.34-də isə xilasetmə xidmətinə yol qəzasının şahidlərindən zəng daxil olub.

911 xidmətinə zəng edəb şəxs, minik avtomobilinin qarşı tərəfdən gələn yük maşını ilə toqquşduğunu və həmin an alışdığını yazıb. Yük maşınının sürücüsü zərər çəkməsə də, Senford aldığı xəsarətlərdən hadisə yerində keçinib. Qəzanın baş vermə səbəbi məlum deyil.

Polislə hadisənin bir anda baş verdiyini bildiriblər. "Facebook" dostları onun statusunu like edəndə və şərhlər yazanda qadının ölümündən xəbərsiz idilər.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.