Bank Fərda Xudaverdiyevin maşınını əlindən alır

29-04-2014, 16:53   

Bank borcun ipoteka predmeti olan avtomobilə yönəldilməsi tələbinə dair iddia qaldırıb
Azərbaycan Beynəlxalq Bankı məşhur aktyor Fərda Xudaverdiyevi məhkəməyə verib.

"Qafqazinfo"nun məlumatına görə, bank borcun ödənilməsi və borcun ipoteka predmeti olan avtomobilə yönəldilməsi tələbinə dair iddia qaldırıb.

Belə ki, bankdan pul götürən F.Xudaverdiyev avtomobilini girov qoyub. Ödəmə ilə bağlı mübahisə yarandığından bank məhkəməyə müraciət edib.

İşə Xətai rayon Məhkəməsində baxılır.

***

Axşam.az-a açıqlama verən Fərda bank tərəfindən məhkəməyə verildiyini təsdiqləyib. Amma aktyor avtomobilinin hələ də özündə olduğunu bildirib:

“Banka borcum var, amma kreditimi vaxtında ödəyirəm, problem yoxdur. Əvvəl mənə başqa bir məbləğ deyilmişdi. Sonra həmin məbləğ artırıldı, söz danışıldığı kimi davam etmədi. Avtomobil özümdədir, əlimdən alınmayıb. Maşın mənim adımadır. Məhkəmə prosesi yanvardan başlayıb və mayın ortasında bitəcək. Əminəm ki, nəticə mənim xeyrimə olacaq”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.