Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Azərbaycanda faciə - Bəy toy günü qəzada öldü

29-04-2014, 16:54   

Bu gün İmişli rayonunda dəhşətli qəza baş verib.

Bu barədə “Qafqazinfo”ya hadisənin şahidləri məlumat verib. Məlumata görə rayonun Hacımuradlı kəndi ərzisində baş verən qəzada bir nəfər ölüb. Ölən şəxsin bu gün toyu imiş. Belə ki, bəyin nişanlısını gözəllik salonundan götürərək ata evinə qoyduğu və geri qayıdarkən qəzaya uğradığı bildirilir.

Qeyd edək ki, qəzaya uğrayan maşın Mercedess olub. Maşının nömrə yerinə "Biz evlənirik" yazıb. Təqdim etdiyimiz fotoda həmin yazı da görünür.

***

İmişli Rayon Polis Şöbəsindən "Qafqazinfo"ya verilən məlumata görə, hadisə zamanı dünyasını dəyişən bəy 1981-ci il təvəllüdlü Məstəliyev Yalçın İsrafil oğludur.

Faktla bağlı cinayət işi açılıb.

***

Bu dəqiqələrdə "Qafqazinfo"ya daxil olan məlumata görə, hadisə zamanı maşında olan digər şəxslər, bəyin qohumları Əhmədov Qoşqar Nazim oğlu, Əvəz Süleymanov da dünyalarını dəyişiblər.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar