"Fənərbaxça", "Liverpul" və "Udineze" Azərbaycana gəlir

29-04-2014, 18:34   
"Fənərbaxça", "Liverpul" və "Udineze" Azərbaycana gəlir
29 may-1 iyun tarixlərində 15 yaşa qədər futbolçulardan ibarət komandalar arasında baş tutacaq III Qəbələ Kuboku beynəlxalq turnirinin bütün iştirakçıları bəlli olub.

"Fənərbaxça" (Türkiyə), "Lokomotiv" (Moskva, Rusiya), "Liverpul" (İngiltərə), "Olimpik" (Marsel, Fransa) və "Anderlext"in (Belçika) ardından "Neftçi" (Azərbaycan) və "Udineze" (İtaliya) klubları turnirdə yer alacağını rəsmən təsdiqləyiblər. Bununla da III Qəbələ Kubokunda mübarizə aparacaq bütün komandalar dəqiqləşib.

Xatırladaq ki, artıq ənənəyə çevrilən turnirin coğrafiyası ildən-ilə genişlənməkdədir. Bu ilki yarışda ilk dəfə olaraq İngiltərə, Fransa, İtaliya və Belçika təmsilçiləri yer alacaqlar. Buna qədər İspaniya, Hollandiya, Portuqaliya, Türkiyə, Danimarka, Rusiya, Serbiya və Ukrayna təmsilçiləri turnirdə çıxış ediblər.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.