Malayziyaya məxsus hava nəqliyyat növünün hazırda axtarış aparılan yerdən 5 min km aralıda olduğu iddia edilir
Bu ilin 8 martında müəmmalı şəkildə yoxa çıxmış Malayziyaya məxsus təyyarənin qalıqlarının tapıldığına dair məlumatlar yayılıb. JAM.AZ xəxbər verir ki, təyyarənin qalıqlarının Benqal körfəzində aşkarlandığı iddia edilir.
Avstraliyanın neft və təbii qaz axtraışlarını həyata keçirən "GeoResonance" şirkətinin yaydığı məlumata görə, qalıqlar Hind okeanında hazırda araşdırma aparılan yerdən 5 min km uzaqlıqdadır. Şirkət yaydığı məlumatda qeyd edib ki, bütün bunlara baxmayaraq, həmin qalıqların Malayziya təyyarəsinə məxsus olduğunu qəti olaraq demək mümkün deyil. Bunun üçün həmin əraziyə qrup göndərilməsi zərurəti olduğu vurğulanır.