Etiraf: "Putin məni sevmir"

30-04-2014, 10:10   
Etiraf: "Putin məni sevmir"
ABŞ-ın Rusiyadakı keçmiş səfiri Maykl Makfol maraqlı, amma gözlənilən bir etiraf edib. Yumoristik “The Colbert Report” verilişinin qonağı olan səfir Putinin onu “şəsxi düşməni” hesab etdiyini söyləyib.

Makfolun “yenilənmə” siyasətinin uğursuzluğunun səbəblərinə də aydınlıq gətirib. Onun sözlərinə görə, “yenilənmə” terminini Rusiya-ABŞ münasibətlərində ilk dəfə Barak Obama 2009-cu ildə Dmitriy Medvedyevin prezidentliyi dövründə işlədib.

Amma, Putinin prezident olmasından sonra Rusiyanın xarici siyasəti dəyişdi. Eks-səfir bildirib ki, Putin hesab edirdi ki, o və dövlət katibi Hilari Klinton Rusiyada müxalifətin hazırlığı ilə məşğul olur. Makfol bununla yanaşı o bir çox müxalifət liderləri ilə görüşdüyünü etiraf edib.

“Putin məni sevmirdi, bu aydın idi. O hətta, bunu şəxsən mənə bir neçə dəfə etiraf edib” - deyə Makfol verilişin aparıcıcsına deyib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.