Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ilə bağlı dəqiq tarix müəyyən olunmayıb- XİN

17-04-2014, 10:09   

"Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ilə bağlı dəqiq tarix müəyyən olunmayıb. Lakin hazırda danışıqlar nazirlər səviyyəsində davam etdirilir."
Bunu anaxeber.info-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib.
XİN rəsmisi deyib ki,"danışıqlarda aydın şəkildə mövqeyimizi ortaya qoymuşuq: "Azərbaycan ikitərəfli sülh sazişi imzalamağa hazırdır. Bu, Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərindən çıxmasından sonra baş tuta bilər. Təbii ki, beynəlxalq ictimaiyyət inamlı və ədalətli mövqe nümayiş etdirməlidir. Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasının kökündə beynəlxalq ictimaiyyətin biganə mövqeyi dayanır. Biz həmsədrlərdən ədalətli yanaşma gözləyirik."
Xatırladaq ki, Azərbaycan və Ermənistan prezidentlərinin son görüşü görüşü ötən il noyabrın 19-da Vyanada baş tutub.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar