Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Rövnəq Abdullayevin sevinci...

30-04-2014, 10:17   

“Böyük sevinc və qürur hissi ilə demək olar ki, ölkəmizdə daha bir beynəlxalq yarış - futzal üzrə UEFA kubokunun final mərhələsi yüksək səviyyədə təşkil olunub”.
Bu sözləri AFFA-nın prezidenti Rövnəq Abdullayev deyib. R.Abdullayev bildirib ki, “dördlər finalı”nın Bakıda təşkil olunacağı ilə bağlı qərar verildikdən dərhal sonra hazırlıq işlərinə başlanılıb və oyunlar bütün parametrlərə görə standartlara uyğun keçirilib: “Final mərhələsinə yüksəlmiş “Dinamo” (Rusiya), “Kayrat” (Qazaxıstan), “Barselona” (İspaniya) və “Araz”ın (Azərbaycan) iştirakı ilə azarkeşlər çox maraqlı oyunların şahidi oldular. Final mərhələsində bizim üçün daha bir sevindirici məqam təmsilçimiz “Araz” klubunun üçüncü yeri yüksələrək mükafatçılar sırasında yer tutması oldu”.

R. Abdullayev qeyd edib ki, “Dördlər finalı”nın yüksək səviyyədə təşkili bizdə bir daha əminlik yaratdı ki, 2016-cı ildə Azərbaycanda keçiriləcək 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatı istər UEFA-nın, istər iştirakçı komandaların, istərsə də azarkeşlərin ürəyincə olacaq: “Futzal üzrə UEFA kubokunun final mərhələsinin təşkilində böyük əmək sərf etmiş UEFA və yerli təşkilat komitəsinə, AFFA-nın əməkdaşlarına, turnirin təbliğində zəhməti olan mətbuat nümayəndələrinə, oyunların keçirildiyi “Sərhədçi” İdman Olimpiya Mərkəzinin rəhbərliyinə və bütün kollektivinə, oyunları tribunadan izləyərək komandaları qələbəyə ruhlandıran azarkeşlərə təşəkkürümü bildirirəm”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar