Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Həbsdəki rəis azad olunacaq

30-04-2014, 10:18   

Türkiyədə keçirilən 17 dekabr rüşvət və korrupsiya əməliyyatında həbs edilən Sədərək gömrüyünün rəisi Mirməhəmməd Seyidov yaxın vaxtlarda azadlığa buraxılacaq.

Bu barədə Mirməhəmməd Seyidovun yaxınları məlumat verib. Bildirilib ki, hazırda gömrük rəisinin azadlığa buraxılması istiqamətində Türkiyə tərəfi ilə danışıqlar aparılır. Onun tezliklə şərti azadlığa buraxılaraq Azərbaycana veriləcəyi gözlənilir.

Mirməhəmməd Seyidov Türkiyədə keçirilən böyük rüşvət əməliyyatı çərçivəsində həbs edilib. O, dekabrın 17-də Qars aeroportunda tutulandan sonra İqdır polis idarəsinə aparılıb. Mirməhəmməd Seyidov dekabrın 18-də gecə yarısına qədər dindirilib. Məhkəmənin hökmü ilə Mirməhəmməd Seyidov barəsində 3 aylıq həbs-qətimkan qərarı çıxarılıb.

Digər bir məlumata görə, Mirməhəmməd Seyidovun həbs edilənədək tutduğu Sədərək Gömrük-keçid məntəqəsinin rəisi postu hələ də boşdur. Yeni təyinat aparılmayıb.

Mirməhəmməd Seyidov və daha 16 şəxs Türkiyə polisinin bir ilə yaxındır apardığı izləmələrdən sonra həbs olunmuşdu. Bu ilin fevralında isə məhkəmənin qərarı ilə iş adamı Rza Zərrab da daxil olmaqla həbs edilən bir neçə nazir övladı azadlığa buraxılıb.

“Azadlıq”a daxil olan məlumata görə, Mirməhəmməd Seyidovun həbsilə bağlı Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla Azərbaycanın dövlət başçısı İlham Əliyevin görüşündə də müzakirələr aparılıb. Ərdoğan Sədərək gömrüyünün azadlığa buraxılması üçün köməklik göstərəcəyini vəd edib. Qeyd edək ki, Türkiyədəki rüşvət əməliyyatları Ərdoğanın iradəsindən kənar aparılmışdı.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar