Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Şimali Koreya hərbi təlimlərə başladı

30-04-2014, 10:22   

Şimali Koreya mübahisəli qərb sərhədlərində hərbi təlimlərə başlayıb.
Xarici mətbuat xəbər verir ki, bu barədə Cənubi Koreya rəsmiləri məlumat yayıb.

Onların sözlərinə görə, Şimali Koreya BMT tərəfindən tanınan Sarı dənizdən keçən sərhəd xəttində toplar vasitəsi ilə təlimlərə başlayıb. Cənubi Koreyaya məxsus adalara istiqamətlənmiş atəş zamanı hədəfi vura bilməyiblər. Ümumilikdə təlimlərin uğursuz keçirildiyi deyilir.

Xatırladaq ki, bu ərazidə sonuncu dəfə 2010-cu ildə bu tipli hərbi təlimlər keçirilib. Cənubi Koreyanın təlimlərinə cavab olaraq Şimali Koreaya rəqibinə məxsus adaları toplardan atəşə tutmuşdu. İnsident nəticəsində 4 Cənubi Koreya vətəndaşı həlak olmuşdu.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar