23 milyon əlcəzairli bu gün öz prezidentini seçəcək.
anaxeber.info-ın "əl-Cəzirə" telekanalına istinadla verdiyi xəbərə görə, ölkə tarixinin beşinci prezident seçkilərinin gedişatına Ərəb Dövlətləri Liqası (ƏDL), Avropa İttifaqı (Aİ), Afrika Birliyi (AB) və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) yüzlərlə müşahidəçisi nəzarət edəcək.
Bildirək ki, altı namizədin yarışacağı builki seçkilərdə üç prezidentlik müddəti keçmiş hazırkı dövlət başçısı Əbdüləziz Butafliqa və onun əsas rəqibi - sabiq baş nazir Əli bin Fuleysin daha çox şanslı olduqları bildirilir.
Əlcəzair hökuməti seçkilərin təhlükəsizliyinin təmin edilməsi üçün 186 min əməkdaşı cəlb edib.
Qeyd edək ki, ölkə müxalifəti 15 ildir, hakimiyyəti əlində saxlayan Əbdüləziz Butafliqanın səhhətinin yaxşı olmadığını əsas gətirərək, 77 yaşlı liderin dördüncü dəfə prezident olmasını qeyri-mümkün hesab edir.