Avstraliyalı tələbə, "Elizabet Reyn" niki ilə özünə bloq və say yaratmış 27 yaşlı qız bakirəliyini onlayn-hərraca çıxarıb.
Hələlik ən böyük məbləğdə təklif 550 min dollardır. Elizabetin bakirəliyi üçün bu məbləği ödəməyə hazır olan şəxsin adı və ya hansı ölkənin vətəndaşı olduğu açıqlanmır.
The Huffington Post bildirir ki, Elizabet Reyn martın 31-də bakirəliyini satışa çıxarıb. O, saytında yazıb: "Ali təhsilimlə bağlı xərcləri ödəmək üçün belə edirəm. Kreditlərim var və bu kreditləri ödəmək üçün gəlir mənbələrim azdır. Daha doğrusu, bu gəlirlər kreditlərlə bağlı ödənişlər üçün yetərli deyil. Bakirəliyimi satışa çıxarmaqla qalmaqal yaratdığımı bilirəm. Olsun. Mənə indi pul lazımdır və mənəviyyatdan, əxlaqdan danışan insanlardan kimsə mənə yardım etmədi. Mənimlə yatağa girəcək insanı sevə biləcəyimi istisna etmirəm".
Universitetin tibb fakültəsində oxuyan və təhsilini başa vuranda cərrah olacağını deyən Elizabet Reynin bakirəliyinin satışı ilə bağlı hərrac mayın 7-də başa çatacaq.
Elizabet onu da bildirib ki, əməlinin birmənalı qarşlanmayacağını, kəskin tənqidlərə məruz qalacağını yaxşı bilirdi: "Məni "fahişə" adlandırırlar. Belə deyil".
Avstraliyanın cənub-qərbində doğulmuş Elizabetin atası neft şirkətində çalışdığından o, uşaqlığını atasının işlədiyi yerdə, Səudiyyə Ərəbistanında keçirib. Elizabetin 10 yaşı olanda isə onun anası ölüb.
"Mənim üçün kişilərlə əlaqələr, macəralar və əyləncələr önəmli deyil. Həyatda ən mühüm məqamlar təhsil və işdir. Bakirəliyimin satışına da bir il hazırlaşdım, sonra qəti qərar verdim. Bakirəliyimi satın alacaq şəxslə Avstraliyada görüşəcəyəm. Həmin şəxst tam sağlam olmalı, sağlamlığı ilə bağlı rəsmi arayışı mənə təqdim etməlidir. Üstəlik, görüş əsnasında sərxoş olmamalı, mənimlə sərt və qəddar davranmamalıdır", - Elizabet Reyn söyləyib.