Hadisə Şəmkir rayonunun Könüllü kəndi ərazisində baş verib.
Kənd sakini 53 yaşlı Teyyub Məmmədov "QAZ 31 10" markalı avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və fərdi yaşayış evinə çırpılıb. Zərbənin gücündən Teyyub Məmmədovun dili kəsilib. Yaralı Şəmkir Rayon Xəstəxanasına yerləşdirilsə də, Teyyub Məmmədovun vəziyyəti ağır olduğundan o, Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına göndərilib. Reanimasiya şöbəsinə yerləşdirilən Teyyub Məmmədovun vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.