Azərbaycanda nəhəng yol salınır

30-04-2014, 11:08   

Muğanlı-Yevlax avtomobil yolu yenidən qurulur. “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin verdiyi məlumata görə, Muğanlı-Yevlax avtomobil yolu Bakı-Şamaxı avtomobil yolunun tərkib hissəsidir. Onun sözlərinə görə, yolun uzunluğu Ağsu dolayları və rayona düşən yol sahəsi istisna olmaqla, 115,5 km-dir. Yolun torpaq yatağının eni 12,5 metr, hərəkət hissəsi isə 7,5 metrdir. “Yolboyu 6 körpü var ki, onların 5-i sökülərək yenidən tikiləcək, birinin isə əsaslı təmir edilməsi nəzərdə tutulub. Bundan əlavə, 260 ədəd müxtəlif diametrli suötürücü borunun 210-u artıq tikilib. Yolun 6 hissəsində dairəvi yol kəsişmələrinin salınması nəzərdə tutulur. Onların ikisi artıq tikilib. Torpaq işləri 98 faiz yerinə yetirilib”, - deyə P.Mürsəliyev bildirib. Qeyd edək ki, bu layihə 2014-cü ildə yekunlaşacaq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.