Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Bakıda kişinin boğazını kəsərək telefonunu aldılar

30-04-2014, 12:43   
Bakıda kişinin boğazını kəsərək telefonunu aldılar
Bakı sakinin boğazını kəsərək mobil telefonunu oğurlayan şəxs tutulub. Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, aprelin 29-da Qara Qarayev prospektində naməlum şəxs Bakı şəhər sakini Hüseyn Bağırova boğaz nahiyəsindən şüşə parçası ilə xəsarət yetirib və mobil telefonunu əlindən alaraq qaçıb.

Bakı şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsi və Nizami rayon Polis İdarəsinin 25-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, quldurluqda şübhəli bilinən Bakı şəhər sakini Səxavət Şəfiyev tutulub.

Faktla bağlı araşdırma aparılır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar