Bakıda 20 minlik oğurluq oldu

30-04-2014, 15:33   

Bu gün saat 05 radələrində Nərimanov rayonu ərazisində yerləşən “Röyal” mebel mağazasında qarət baş verib.

Mağazaya aldatma yolu ilə girmiş şəxsiyyəti məlum olmayan 3 nəfər gözətçi İbrahim Quliyevin əllərini və ağızını yapışqanlı lentlə bağlayıb oranın müdiri Kəmalə Muradovanın iş otağındakı içərisində 20.000 manat olan dəmir seyfi, məişət əşyalarını və nəzarət kamerasının yaddaş kartını götürüb “Mercedes” markalı avtomobildə hadisə yerindən gediblər.

Nərimanov RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.