Tacikistanın Fayzabad rayonunda bir ailədən üç nəfərin parçalanmış meyidi tapılıb.
İlkin istintaq qrupu belə qərara gəlib ki, ailənin hər üç üzvünü vəhşi ayı parçalaya bilər.
İstintaq parçalanmış şəxslərin kimliyini də təyin edib: 56 yaşlı Zaydullo Zokirov, onun 38 yaşlı həyat yoldaşı Şamigül Şarapova və 5 yaşlı oğlu Abdumannon. Hadisə yerində aparılmış məhkəmə tibbi ekspertizası parçalanmış insanların üzərində vəhşi heyvan caynaqlarının izinin aydın göründüyünü bildirib.
İstintaqın ilkin versiyasına görə, ailə müqəddəs yer sayılan “Domullo Surhiyen” məzarına ayaqla ziyarətə gedən zaman yolda aç ayının hücumuna məruz qalıblar. Vəhşi ayının insana hücum etməsi faktı ikinci dəfədir ki, qeydə alınıb.
Ötən ilin payızında da vəhşi ayı meşədə qoz yığan 15 yaşlı Abducabbar Camalova hücum etmişdi. Vəhşiləşmiş ayı əvvəlcə gənc oğlanın itini öldürmüş, sonra isə oğlanı parçalanmışdı. Xoşbəxtlikdən A.Cabbarov qaçaraq yaralı halda ayının caynağından qurtara bilmişdi.