“Müsavat Partiyasının may ayının 4-nə NİDA-çıların həbsinə etiraz əlaməti olaraq təyin etdiyi mitinq təxirə salınıb”.
Müsavat başqanının müavini Gülağa Aslanlı deyib. O bildirib ki, bir neçə təşkilata mitinqdə iştirakla bağlı müraciət etsələr də onlar vaxtla bağlı məsələdə tərəddüd ediblər. Partiya rəsmisinin sözlərinə görə, Müsavatın müraciət etdiyi qurumlar vaxtın dəyişdirilməsini tələb etdiyindən onların bu istəyi nəzərə alınıb. “Amma biz mitinq keçirməkdə israrlıyıq və yaxın zamanlarda bu baş tutacaq”,-deyə Gülağa Aslanlı qeyd edib.
Qeyd edək ki, həbsdə olan NİDA Vətəndaş Hərəkatının üzvləri aclıq aksiyasına başlayıblar və onlar haqqında sabah məhkəmənin qərar çıxaracağı gözlənilir.