Dünən Avropa.info-ya müraciət edən Ağsu rayon sakini Əfəndiyev Siyavuş rayon qaz istismar idarəsinin rəisi, Xəyyam Allahverdiyevin ondan qanunsuz olaraq 154 manat istədiyini bildirmişdi. Dünənki yazıdan sonra redaksiyamıza zəng vuran Siyavuş Əfəndiyev Xəyyam Allahverdiyevin onu təhdid etdiyini dedi:
“Rayon qaz istismar idarəsinin rəisi dünənki yazıdan sonra məni təhdid etdi və bir daha dedi ki o, heç kimdən qorxmur. Mən isə bir daha ona borclu olmadığımı xatırlatdım”
Avropa.info mövzu ilə əlaqədar olaraq Ağsu rayon qaz isdismar idarəsinin rəisi Xəyyam Allahverdiyevlə əlaqə saxladı. İdarə rəisi, müxbirimizin suallarından yayınaraq məsələ ilə bağlı heç bir açıqlama verməyəcəyini dedi.