Türkiyənin “Milliyət” qəzeti “ Eurovision” təmsilçimiz Dilarə Kazımovanın “Start a Fire” mahnısını türkcə oxumağı barədə yazıb.
“Türk heyranlarını unutmadı” başlığı altında çıxan xəbərdə Dilarənin mahnını “Alev gibi” ismi ilə təqdim etdiyindən yazılıb. Məqalədə D.Kazımovanın “Eurovision” yarışmasının Türkiyədə də keçirilməsini istədiyindən bəhs olunub. Təmsilçimiz Türkiyəyə sevgilərini də göndərib.
Qeyd edək ki, mahnının sözlərini türk dilinə aparıcı və şair Azər Şirin çevirib.
[media=http://www.youtube.com/watch?v=gf6etWiX7bE]