Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Mourinyo: "Futbol filosoflarla doludur"

30-04-2014, 20:40   

"Çelsi"nin baş məşqçisi Joze Mourinyo London klubunun oyun üslubunu tənqid edənlərin cavabını verib.

Portuqaliyalı mütəxəssis kinayə ilə həmin şəxsləri "filosof" adlandırıb.

"Son zamanlar ətrafımız futboldan anlayan çoxlu filosoflarla doludur. Biz ancaq müdafiə olunmuruq. Top rəqibdə olduğu vaxt qapımıza qol vurulmasının qarşısını almağa çalışırıq. Top bizdə olanda isə hücumlar təşkil edirik. Bu, futboldur, mən də futbolda neynəmək lazım olduğunu bilirəm".

Qeyd edək ki, "Çelsi"nin müdafiə futbolu oynaması çoxları tərəfindən tənqid olunur.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar