Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

“Atletiko Madrid” finalda!

1-05-2014, 10:13   
“Atletiko Madrid” finalda!
Gərgin mübarizə 3-1 “Atletiko Madrid"in qələbəsi ilə nəticələndi. “Atletiko Madrid” bu nəticə ilə adını finala yazdırdı və “Real Madrid”ə rəqib oldu.
UEFA Çempionlar Liqası yarım-final cavab oyununda “Atletiko Madrid”, “Çelsi”ni Londonda 3-1 məğlub edərək finalda “Real Madrid”in rəqibi oldu.

“Atletiko”nunu qollarını 44-cü dəqiqədə Adrian Lopez, 60-cı dəqiqədə penaltidən Kosta və 72-ci dəqiqədə Arda Turan atdı. London təmsilçisinin yeganə qolunu isə 38-ci dəqiqədə Fernando Torres vurdu.
Meydanda iki müdafiəyə meyilli komanda mübarizə apardı
Müdafiəyə meyilli oyun taktikası ilə tanınmış iki komandanın necə bir oyun sərgiləyəcəkləri maraqla gözlənilirdi. Matçda ilk hücumları “Çelsi” başlatdı. Torresin ilk qolu matçın gedişatını da dəyişdirdi. Uilliamın müdhiş səyləri ilə cərimə meydançasına girən “Çelsi”də Fernando Torres zərbəsi ilə topu qapıya göndərdi. Torresin köhnə komandasına atdığı qoldan sonra sevinməməsi diqqətlərdən yayınmadı.
Cavab gecikmədi
“Atletiko”nun ilk hissədə qapısında gördüyü qola çox tez cavab verməsi Madrid təmsilçisinin ikinci hissəyə psixoloji üstünlüklə başlamasını təmin etdi. Adrian Lopez 44-cü dəqiqədə topu qapı xəttindən keçirdi və hesabı bərabərləşdirdi. 60-cı dəqiqədə Dieqo Kosta cərimə meydançasında Eto tərəfindən sərt müdaxiləyə məruz qaldı və penalti təyin edildi. Kosta topu qapıya göndərərək komandasının üstünlüyü ələ almağına vəsilə oldu.
Arda Turan səhnədə
Matça əsas heyətdə başlayan türk futbolçu Arda Turan 72-ci dəqiqədə növbəti qolu vurdu. Sağdan gələn pası kəllə ilə topu qapıya göndərməyə çalışdı. Dirəkdən qayıdan top Ardaya qayıtdı və təcrübəli futbolçu topu qapı xəttindən keçirtməkdə çətinlik çəkmədi. Matçda başqa qol olmadı və Madrid təmsilçisi qələbəsini rəsmiləşdirdi.
Final Lissabondadır
2013-2014 UEFA Çempionlar Liqasının finalı 24 mayda Portuqaliyanın paytaxtı Lissabondakı “Estadio da Luz” stadionunda oynanacaq. İki Madrid təmsilçisi arasındakı bu görüş 24 may cümə axşamı oynanılacaq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar