İspan jurnalist Guillem Balague yeni nəşr olunan “Messi” adlı kitabı ilə qalmaqala imza atıb.
jurnalist kitabında Kristiano Ronaldonun əzəli rəqibi Lionel Messinin adını çəkmədiyini, ondan bəhs olunan zaman “fahişə oğlu” dediyini yazıb.
Ronaldo isə haqqında çıxan bu iddiaları təkzib edərək, müəllifi məhkəməyə verəcəyini deyib.
“Komanda yoldaşlarım arasında Messini təhqir etdiyim haqda deyilənlər yalandır. Vəkillərim lazım olan bütün hüquqi prosesləri həyata keçirəcəklər. Mənim bütün həmkarlarıma hər zaman böyük hörmətim var və Messi də istisna deyil”, - Ronaldo deyib.
Balague isə Ronaldonun Messi haqqında dediyi sözləri “Real Madrid” azarkeşlərindən eşitdiyini bildirib.