[media=http://www.youtube.com/watch?v=1Pm0jJkelb4]
Noyabrın 16-da “Avro-2016”-nın seçmə mərhələsində Qazaxıstanla qarşılaşcaq Türkiyə millisi bu gün Braziliya ilə yoldaşlıq matçında üz-üzə gəlib.
Axar.az xəbər verir ki, 58 ildən sonra İstanbulda baş tutan matçda “samboçular” qardaş ölkənin qapısından 4 cavabsız qol keçirib.
Oyunun 20-ci dəqiqəsində Braziliyanın forvardı Neymar hesabı açıb. 24-cü dəqiqədə Semihin avtoqolu ilə hesabı ikiyə çatdıran 5 qat dünya çempionları 44-cü dəqiqdə Villianın baxımlı qolu ilə hesabı 3-ə çatdırıb.
İkinci hissəyə böyük üstünlüklə yollanan Cənubi amerikalılar 60-cı dəqiqədə Neymarın dublu ilə matça son nöqtəni qoyub.