Şəxsi təyyarəsini göndərərək müğənnini Türkiyəyə apartdırıb.
Əməkdar artist Baloğlan Əşrəfov ATV-nin “Düz üzünə” verilişində ağır xəstə olduğu vaxtlarından danışıb.
Müğənni həmin ərəfədə sağ qaldığına görə, Türkiyədə yaşayan azərbaycanlı biznesmen Mübariz Mənsimova minnətdarlıq edib.
Onun sözlərinə görə, həmin vaxt ailəsi Mübariz Mənsimovun atasına telefon açaraq onlardan kömək istəyib. Biznesmen dərhal şəxsi təyyarəsini Bakıya göndərərək müğənnini Türkiyəyə apartdırıb. Əməkdar artistin dediyinə görə, biznesmen onun müalicəsi üçün 500 min manat pul xərcləyib.