İŞİD-ə qarşı uğurlu əməliyyatlardan biri də dünən gecə, Mosulun cənubunda reallaşıb.
Axar.az-ın məlumatına görə, əməliyyat nəticəsində İŞİD liderlərindən sayılan Həmzə Əlmisir öldürülüb.
Reallaşan uğurlu əməliyyatlar bununla bitmir. Dünən keçirilən əməliyyat nəticəsində İŞİD-in daha bir lideri-əmir Əhməd Kamil öldürülüb. Bu şəxsin əsas vəzifəsinin şiə türkmanların bölgədən sürgün edilməsi olduğu deyilir.
Ancaq bu əməliyyatlar zamanı terrorçuları öldürənlərin kimliyi müəmmalıdır. Uğurlu əməliyyatların arxasında İraq və ya Əsəd qüvvələrinin və dövlətə aid cəhətlərin olmaması silahlı qrupların arxasındakı gücü müəmmalı edən amillərdəndir.
Yaxın Şərq mənbələrində qeyd olunur ki, bir müddətdir Mosul ətrafında naməlum silahlılar İŞİD-ə qarşı hücumlar təşkil edir. Bu hücumlar nəticəsində bir neçə İŞİD liderindən savayı onlarla terrorçu məhv edilib və terrorçuların yerləşdiyi məkanlar darmadağın olunub.
Öldürülən İŞİD əmirləri arasında təşkilatın "vilayət məhkəmə başçısı" Üsamə Abdulvab Altay və "dini təhsil üzrə məsul şəxs” Əbu Dua Əlyəməni də var.
Mosul əməliyyatlarında bu iki lideri öldürən şəxslərin indiyə kimi qaranlıq qalması bir çox suallara yol açır.
Yaxın Şərq mənbələrinə inansaq, bu əməliyyatları həyata keçirən İran generalı Qasım Süleymanidir. 2011-ci ildə Xameneyi tərəfindən general-leytenant rütbəsinə layiq görülən Süleymani İraqda İŞİD-in kabusuna çevrilib.
2006-cı ildən İranın İraqda ABŞ qüvvələrinə qan udduran “Qüds gücü” adlı təşkilatının lideri olduğu deyilən Qasım Süleymani haqqında bir sıra maraqlı məlumatlar yayılmaqdadır.
2008-ci ilin yazında ABŞ generalı Devid Petreus maraqlı açıqlama ilə dünya gündəminə gəlmişdi. 62 yaşlı general İraqın keçmiş lideri Cəlal Təlabaninin mobil telefonuna Qasım Süleymanidən gələn bir mesajı açıqlamışdı. Mesajın mətni təxminən belə idi:
“Mənim adım Qasım Süleymanidir. Bunu bilməlisən ki, İranın İraq, Livan, Qəzza və Əfqanıstan siyasətinə mən nəzarət edirəm”.
Mesajın sahibinin ibtidai məktəb məzunu, keçmiş inşaat işçisi olan və İraqda ABŞ qüvvələrinə əhəmiyyətli dərəcədə zərbə vuran “Qüds gücü”nün lideri Qasım Süleymani olduğu məlum oldu.
Bundan sonra araşdırmalara başlayan ABŞ əks-kəşfiyyatı bu şəxsin İranın bölgədə əhəmiyyətli simalarından biri olduğunu təsbit etdi.
“Qardian”a danışan bir ABŞ səlahiyyətlisi Süleymaninin dəhşətli bir insan olduğunu etiraf edib:
“Mərhəmətsizliyi və təsiri hər kəsi dəhşətə salır. O həm hər yerdədir, həm heç bir yerdə. İslamda ana-ataya itaət qaydası vardır. İran və İran xaricindəki bütün şiələr Xameneyiyə tabe olduqları kimi, döyüşən bütün qüvvələr də Süleymaniyə tabe olur. İraqdakı bütün yüksək rütbəli şəxslər onu görməyə gedir. İnsanlar sanki onun tərəfindən ovsunlanıb. Onu mələk kimi görürlər”.
Bəzi məlumatlara görə, Süleymani Hizbullah əməliyyatlarında da öndə gedən isimlərdən olub.
2006-cı ildə Hizbullah-İsrail döyüşlərində əməliyyatların “Süleymani” kodu altında keçirilməsi bu şəxsin əməliyyatlarda iştirakını təsdiqləyir. 44 gün davam edən döyüşdən sonra Süleymani Bağdadda yerləşən ABŞ komandanlığına belə bir məktub ünvanlamışdı:
“Ümid edirəm ki, Bağdadda əmin