ATƏT nümayəndəsinin səfəri yaxın günlərdə baş tutacaq
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprişik təmas xəttini ziyarət edəcək. bu barədə erməni mətbuatı məlumat yayıb.
Onlar ATƏT nümayəndəsinin noyabrın 12-də erməni helikopteri vurulan rayonun ərazisinə gedəcək.
Məlumata görə, səfər yaxın günlərdə baş tutacaq. Kasprişiki səhra köməkçiləri də müşayiət edəcək.
Qeyd edək ki, noyabrın 12-də cəbhənin Ağdam rayonu istiqamətində Ermənistan Respublikasının Hərbi Hava Qüvvələrinə məxsus döyüş cütlüyündən ibarət Mi-24 tipli helikopterləri müdafiənin ön xəttində yerləşən mövqelərimizə hücum edərək atəşə tutublar.
Cavab atəşilə düşmənin döyüş cütlüyündən ibarət helikopterlərindən biri vurulub, digəri isə atəş zonasını tərk etməyə məcbur olub.