Ramiz Mehdiyev üçün özəl gün

17-04-2014, 10:58   
Ramiz Mehdiyev üçün özəl gün
Bu gün Azərbaycan Respublikası Prezidenti Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyevin doğum günüdür. Onun 76 yaşı tamam olur.
anaxeber.info-ın məlumatına görə, Ramiz Mehdiyev 17 aprel 1938-ci ildə Bakı şəhərində anadan olub.
1957-ci ildə Bakı Dənizçilik məktəbini bitirdikdən sonra "Xəzər neftdonanma"nın idarəsinin gəmilərində maşinist işləyib.
1961-ci ildə S.M.Kirov adına ADU-nun tarix fakultəsinə daxil olub. 1965-ci ildə beşinci kurs tələbəsi ikən Azərbaycan LKGİ MK-nin tələbə şöbəsinə təlimatçı vəzifəsinə irəli sürülür, 1965-1967-ci illərdə Naxçıvan komsovol vilayət komitəsinin ikinci katibi işləyib.
1968-ci ildə M.V.Lomonosov adına MDU-nun fəlsəfə fakultəsinin aspiranturasına daxil olur. 1977-ci ildə MDU-nun elmi şurasının iclasında fəlsəfə elmləri namizədi elmi dərəcəsi almaq üçün yazdığı disertasiyasını müdafiə edir.
1972-ci ildə ADU-nun elmi kommunizm kafedrasında əvvəlcə müəllim, sonra baş müəllim işləyir. 1974-cü ildə Azərbaycan KPMK-nın aparatında təbliğat təşviqat şöbəsinə mühazirəçi qismində cəlb olunur.
1976-cı ildə Azər.KPMK –nın elm və təhsil müəssələri şöbəsinə müdir təsdiq olunur.
1978-ci ildə 26 Bakı komisarı RK-nə birinci katib seçilir.
1980-cı ilin iyununda elm və təhsil şöbəsinə müdir, 1981-ci ilin yanvarında isə Azərbaycan KPMK-nin təşkilati-partiya işi şöbəsinə müdir təyin edilir.1988-ci ilin iyunundan AMEA İctimai-Siyasi Tədqiqatlar və İnformasiya İnistitutuna şöbə müdiri işləyir.
1993-cü ildən fəlsəfə elmləri doktorudur.
1994-cü ilin fevralında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən Prezident aparatının şöbə müdiri, 1995-ci ilin fevralında isə Prezident Aparatının rəhbəri təyin edilir. 2009-cu ildən respublika Konstitusiyasına dəyişikliklərlə əlaqədar olaraq Azərbaycan Respublikası Prezidenti Adminstrasiyasının rəhbəridir.
Həqiqi Dövlət müşaviridir.
2001-ci ildə Nyu-York EA-nın üzvü seçilib.
100-dən çox elmi məqalələrin müəllifidir (milli və sosial-siyasi münasibətlər, müasir Azərbaycan, dövləti və cəmiyyəinin inkişafı və s. mövzularla bağlı).
2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, akedemik seçilmişdir.
2008-ci ildə mart ayında "Gələcəyin strategiyasını müəyyənləşdirərkən: modernləşmə xətti" adlı yeni kitabı çapdan çıxıb.
Ötən il prezidentin sərəncamı ilə “Şərəf” ordeni ilə təltif olunub.
anaxeber.info bu məqamda son günlər ölkə mediasında tez-tez müzakirələrə səbəb olan dini cərəyanlarla bağlı gündəmi nəzərə alaraq Ramiz Mehdiyevin bir neçə il əvvəl yazdığı “Modernləşmə xətti yenə də gündəlikdədir” məqaləsindən dinlə bağlı hissəni təqdim edir.
"Lakin təəssüflə deməliyik ki, dinə münasibət bəzən heç də birmənalı olmayan reaksiya doğurur. Məsələn, görürük ki, Qərb aləminin demoqrafik islamlaşmasının nəticəsi kimi, bəzi dini qüvvələr radikallaşma, siyasi rəqabət və çirkin mübarizə vasitəsinə çevirməyə çalışırlar. Azərbaycan müstəqillik əldə edəndən sonra müəyyən xarici qüvvələrin siyasi islamı Azərbaycanın ictimai həyatına yeritməyə cəhdlər göstərdiyini qeyd edir: «Lakin iqtidar bizim əsrlərin sınağından çıxmış yüksək mənəviyyatımızı bu cür cəhdlərə qarşı qoymağa nail oldu, həmin cəhdlərin qarşısı vaxtında və qətiyyətlə alındı. İnsanların etiqadları dindən siyasi amil kimi istifadə olunmasını qəbul etmir. Hər bir din sülh və həmrəylik, tolerantlıq və dözümlülük amilidir, buna görə də dinlərdən kütləvi şüura təzyiq vasitəsi kimi istifadə edilməsi, bu və ya digər siyasi sifarişin yerinə yetirilməsinə istiqamətlənmiş mühit formalaşdırılması dinlərin fəlsəfi mahiyyətinə ziddir. Din radikal niyyətlərin obyektinə çevrilməməli, sosial təzyiq amili kimi çıxış etməməlidir. Azərbaycanda dünya dinlərinin roluna və cəmiyyətdəki yerinə yüksək ehtiram bəslənilir, eyni zamanda, tolerantlıq məkanı olan bu diyarda qeyri-ənənəvi dini cərəyanlara da yer verilir. Lakin heç bir dindən və ya dini cərəyandan siyasi, iqtisadi və ya sosiomədəni qaydaların dəyişdirilməsi amili kimi istifadə edilə bilməz".
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar