Ölü yaran qadını milyonçu aldı

1-05-2014, 11:13   
Ölü yaran qadını milyonçu aldı
"Kişinin ürəyinə aparan yol mədəsindən keçir" ifadəsini hərfi mənada anlayan qadın morqda çəkdirdiyi fotodan sonra ölkədə böyük qalmaqala səbəb olmuşdu.

Rumıniyanın cənub-qərbindəki Petrosani şəhərində yaşayan 23 yaşlı Mixaela Zaqrean morqda bir ölünün qarnını yarmış, əllərini mərhumun qarnına soxaraq şəkil çəkdirmiş, sonra da bu fotonu Twitter və İnstagram-dakı profillərində yaymışdı.

Qarnı yarılan mərhumun ailəsi qadını məhkəməyə vermiş, ölkə mediası isə onu "Ölü yaran" adlandırmışdı.
Əyalət sakini olan bu qadının həbsini on minlərlə rumın tələb edirdi.

Mixaela Zaqreanın məhkəməsi davam etsə də, o, artıq məşhurlaşıb.
Rumıniyanın paytaxtı Buxarestdə yaşayan multimilyonçulardan biri bu qadına vurulub və onunla evlənib.

Mixaela indi milyonçu xanımıdır.

O, toydan dərhal sonra bir neçə plastik cərrahiyyə əməliyyatına məruz qalıb, dodaqlarını, sinəsini və yanaqlarını silikonla böyüdüb.

"Ölü qarnı yarıb şəkil çəkdirmək mənə düşdü. İndi gözəl həyat yaşayıram, ailəm var. Məhkəmə prosesini isə böyük problem saymıram. Ərim mənə bir neçə vəkil tutub", - Mixaela Zaqrean deyib.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.