“Əbu Bəkr” məscidinin imamı həbsdəki vəhabidən danışdı- “Azad olunacaq”

15-11-2014, 02:37   
“Əbu Bəkr” məscidinin imamı həbsdəki vəhabidən danışdı- “Azad olunacaq”




Sumqayıt vəhhabilərinin lideri Zöhrab Şıxəliyev həbsinə onun ən yaxın silahdaşı hesab olunan "Əbu Bəkr" məscidinin imamı Qamət Süleymanov münasibət bildirib.


“Qafqazinfo” xəbər verir ki, o, aznews.az-a açıqlamasında iddia edib ki, Zöhrab Şıxəliyev radikalların düşməni olub:

“Zöhrab Şıxəliyev Sumqayıtda radikalların bir nömrəli düşməni idi. O, radikallara qarşı çox sərt mövqe tutmuşdu. O, heç vaxt hökumətə qarşı olmayıb”.

Q. Süleymanov Sumqayıtda radikallığın artdığını bildirib və bunun səbəbinin ibadət yerinin olmamasıyla əlaqələndirib:

“10 -15 il bundan öncə orada süni məscidi var idi. Onu da bağladılar. Bunun nəticəsində Sumqayıtda radikallıq artdı. Son bir ildə mərkəzi məsciddə namaz qılmaq üçün cəhd etdilər. Lakin orda peoblem yarandığından əhalini həmin məscidə qoymadılar. Bunun nəticəsində Zöhrab evində namaz qılınması üçün şərait yaratdı. Nəsə yeraltı zirzəmi, keçid olmayıb. Sadəcə evində bir yer ayırmışdı ki, camaat orda namaz qıla bilsin”.

Zöhrab Şıxəliyevi yaxından tanıdığını deyən Hacı Qamət Süleymanov onun mətbuatda təqdim olunduğu kimi bir adam olmadığını söyləyib:

“Normal, hamı kimi biridir. Mətbuatda təqdim edildiyi kimi olsaydı, biz heç onunla yaxınlıq etməzdik. O, radikal deyildi, elə fikirlərdən uzaq idi. Əksinə, Sumqayıtda radikalların bir nömrəli düşməni idi. O, öz əməlləri ilə göstərmişdi. Kim razı olar ki, 30-50 nəfər evində daimi namaz qılsın. O, dövlətin xeyrinə iş görmüşdü. İndi durub onu vəsf etmək ki, başqa şey olub. Hamımızı təəccübləndirir. Hesab edirəm ki, təhqiqat aparılır və o, azad olunacaq”.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin dünən yaydığı açıqlamada Sumqayıt şəhər sakini, 1978-ci il təvəllüdlü Zöhrab Şıxəliyev saxlanıldığı və axtarış nəticəsində evindən silah-sursat çıxdığı bildir
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.