Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Kikboksinq üzrə möhtəşəm yarış

17-04-2014, 11:03   

Bakı Əyləncə Mərkəzində kikboksinq üzrə möhtəşəm yarış keçiriləcək. anaxeber.info-a daxil olan məlumata görə, tanınmış idmançıların qatılacağı yarışda 17 qat dünya çempionumuz, kikboksçu Eduard Məmmədov da iştirak edəcək.
“Aprelin 27-də Bakı Əyləncə Mərkəzinin "Eliza" zalında “FIGHT VISION 3” yarışı keçiriləcək. “FIGHT VISION 3” peşəkar yarışıdır. Bir və ikinci hissələri keçirilib. Üçüncü hissədə isə Azərbaycan və Hollandiya idmançıları mübarizə aparacaq. Burada 12 döyüş keçiriləcək. Mən “Neftçi İSM”in idmançısı kimi mübarizə aparacam. Rəqibim dünya çempionu hollandiyalı Ruben Narain adlı idmançıdır. Onunla dünya kəməri uğrunda döyüşəcəyik. Tam peşəkar kaskasız, əlçəklə döyüşəcəyik. Qalib olan kəmərə sahib olacaq”-, deyə “Ağ canavar” ləqəbli dünya çempionu yarışla bağlı məlumat verib.
Qeyd edək ki, yarışda Ədalət Şükürov və Samir Piriyev fəxri qonaq qismində iştirak edəcək.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar