Millimizin baş məşqçisi Mahmud Qurbanov sabah Norveç yığması ilə oyun öncəsi mətbuat konfransı keçirib.
Axar.az xəbər verir ki, M.Qurbanov uğurlu nəticə əldə edəcəklərinə ümid etdiyini deyib:
“Xorvatiya və İtaliyaya məğlubiyyətdən sonra yenidən evdə oynayacağıq. Norveç millisinin nə qədər çətin və güclü rəqib olduğunu anlayırıq. Sabah yaxşı oyun göstərərək, uğurlu nəticəyə ümid edirik. Futbolçulara inamımız çoxdur. Sabahkı oyunda onlardan çox şey gözləyirik".
Baş məşqçi qeyd edib ki, məqsədimiz yaxşı oynayaraq, qalib gəlməkdir:
“Futbolçulara inanırıq. Nə qədər çətin rəqib olsa da, Norveçi xalsız yola salmaq istəyirik. Futbolçular məsuliyyəti dərk edirlər. Düşünürəm ki, əhval-ruhiyyə yaxşıdır və futbolçularımız sabahkı oyuna hazırdırlar”.
“Norveçə qarşı oyuna çox səylə hazırlaşırıq. Komanda yoldaşlarımda böyük inam hiss olunur. Sabahkı matç çox vacibdir. Çalışacağıq ki, doğma meydanda hamını sevindirək. Əlbəttə, yeni baş məşqçi gələndə fərq də hiss olunur”.
Bu sözləri millimizin futbolçusu Rauf Əliyev deyib.
Hücumçu Foqtsa replika atıb:
"İstəməzdik desinlər ki, bütün günah futbolçulardadır. Hamı deyir ki, Foqtsda 50 faiz günah varsa, qalanları da futbolçulardadır. Ancaq sübut edəcəyik ki, günah bizdə deyil. Mənim üçün fərq etməz harda oynayıram. Harada istəsələr, orada da oynayacam”.