“Gənclərbirliyi”nin prezidenti İlhan Cavcav futbolçulara maraqlı qadağa qoyub.
Türkiyə klubunun rəhbəri saqqal saxlamağı qadağan edib.
Qadağaya əməl etməyən futbolçu 25 min lirə cərimə olunacaq. Bu hərəkət təkrarlanacağı halda, 25 min lirə cərimə ilə yanaşı, həmin futbolçu heyətdən kənarlaşdırılacaq.
İlhan Cavcav Türkiyə mətbuatına açıqlamasında xəbəri təsdiqləyib:
“Klub müdirinə tapşırıq vermişəm. Bundan sonra kim meydana saqqalla çıxsa, 25 min lirə cərimə olunacaq. Saqqal saxlamaqda israr edərsə heyətə salınmayacaq”.
“Niyə belə bir qərar qəbul etdiniz” sualına klub rəhbəri belə cavab verib:
“Mənim 80 yaşım var, amma hər gün üzümü qırxıram. “Beşiktaş”ın baş məşqçisi saqqalla gəzir. Volkan, Səlcuk, “Beşiktaş”lılar saqqal saxlayır. Qardaşım, bura “İmam hatip” məktəbidi? Sən idmanla məşğul olursan. Gənclərə örnək olmalısan. 23 yaşlı nəvəm var, o da saqqal saxlayır. “Saqqalını qırx” deyirəm, bilirsən mənə nə cavab verir: “Baba bütün futbolçular saqqal saxlayır, onlara niyə demirsən?”. Dünən Yıldırım Demirörenə (TFF prezidenti) də bunu dedim. Amma deyir “biz belə qərar qəbul edə bilmərik”.