Ukraynanın şərqində terrorçuluğa qarşı aparılan əməliyyatlar çərçivəsində xüsusi təyinatlı dəstələr Krasnoarmeyski şəhərində terrorçuların blokpostunu ləğv edib.
Bu barədə terrorçuluğa qarşı mübarizə mərkəzindən bildirilib.
Məlumata görə, terrorçulardan üç ədəd “Kalaşnikov” avtomatı götürülüb.
Terrorçuluğa qarşı mübarizə mərkəzi həmçinin Donetsk vilayətinin Slavyansk şəhərində 2 blokpostun ləğv edildiyini açıqlayıb. Dünən isə şəhərdə daha üç qanunsuz blokpost ləğv edilib.