Masallıda dəhşətli cinayət hadisəsi baş verib.
Hadisə rayonun Ərəb kəndində qeydə alınıb.
Rayonun Xırmandalı kənd sakini, 1998-ci il təvəllüdlü Nərminə Ağasəf qızı Şıxıyeva şəxsi münaqişə zəminində bibisi oğlu, 2006-cı il təvəllüdlü Həsən Mahir oğlu Vəliyevə 17 bıçaq zərbəsi vurmaqla ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. H.Vəliyev təcili Masallı Mərkəzi Rayon Xəstəxanasına gətirilib və həkimlərin səyləri nəticəsində onun həyatını xilas etmək mümkün olub. Hazırda vəziyyəti orta-ağır qiymətləndirilən H.Vəliyev xəstəxanada həkimlərin nəzarəti altındadır.
Hadisəni törətmiş Nərminə Şıxıyeva yaxalanaraq istintaq orqanlarına təhvil verilib.
Araşdırmalar zamanı məlum olub ki, gənc qadın xalası oğlunu intiqam məqsədilə vurub.
Belə ki, bir müddət əvvəl Nərminə Şıxıyeva digər xalasının oğlu tərəfindən qaçırılıb. Onların yerini bilən Həsən Vəliyevin anası bu barədə polisə məlumat verib. Polis də, Nərminəni qaçıran oğlanı yaxalayıb.
Bundan əsəbiləşən Nərminə Şıxıyeva xalasının evinə gələrək onunla dalaşıb. Bu zaman Həsən Vəliyev qapıya çıxıb. Nərminə də Həsəni götürüb və çay kənarına aparıb. Burada uşağı bıçaqlamağa başlayıb.
Faktla bağlı Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29 və 120.1 maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.