Qeyri-qanuni sexlərdə xüsusi olaraq vəhhabilər üçün kolbasa istehsalı və paytaxtda fəaliyyət göstərən məscidlərdə satışı ilə bağlı aşkar etdiyimiz fakta Daxili İşlər Nazirliyi (DİN) münasibət bildirib.
nazirliyin Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə faktın araşdırıldığını bildirib.
Xatırladaq ki, bir neçə gün öncə Mətbuat prospektində yerləşən İlahiyyat məscidində 90 UH 617 dövlət nömrə nişanlı VAZ-2107 markalı avtomobilin yük yerində vəhhabi təriqətinə mənsub görünüşdə olan şəxs mənşəyi, istehsal tarixi, firma adı, ümumiyyətlə, istehsalla bağlı üstündə heç bir qeydi olmayan kolbasa və sosiska satdığı barədə məlumat vermişdik (Ətraflı BURADA).
Məscidlərdə ibadət etməyə gələn vəhhabilər üçün nəzərdə tutulmuş bu kolbasalar təkcə bu məsciddə yox, Qaraçuxur və Müşfiqabad məscidində də satılır.