IŞİD-in edam etdiyi əsgərlərin çoxunun Suriyanın Lazkiye və Tartus şəhərindən olduğu ancaq adlarının hələ müəyyən edilmədiyi açıqlanıb.
Avropa.info xəbər verir ki, mərkəzi ofisi Londonda yerləşən Suriya İnsan Haqları Təşkilatı IŞİD-in son videosunda öldürülən 18 suriyalı əsgər və pilotun çoxunun ələvi olduğunu bildirib.
Qeyd edək ki, dünən İŞİD-in daha bir edam videosu yayılıb. Edam olunanların Bəşər Əsədin zabit və əsgərləri olduğu bildirilir.