Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

“Krımda vǝziyyǝt dǝhşǝtlidir”

19-11-2014, 07:05   
“Krımda vǝziyyǝt dǝhşǝtlidir”
Ukrayna Xarici İşlǝr naziri Pavlo Klimkin Brüsseldǝ toplantı zamanı deyib

Dünya Avropa Parlamenti Xarici İşlǝr Komissiyasında çıxış edǝn Pavlo Klimkin Krımda tatarlar vǝ ukraynalıların ǝsas insan hüquqlarından istifadǝ edǝ bilmǝdiklǝrini vǝ özlǝrini təhdid altında hiss etdiklǝrini bildirib.

Ukrayna Xarici İşlǝr naziri Pavlo Klimkin deyib ki, Krımda hǝr hǝftǝ krımlı tatarların itmiş cǝsǝdlǝrinin bir neçǝ gün sonra Krımın başqa bölgǝlǝrindǝ tapıldığı barǝdǝ xǝbǝrlǝr alırıq.

Brüsseldǝ toplantı keçirǝn Avropa İttifaqı Xarici İşlǝr nazirlǝri də Krım tatarlarına yönǝldilmiş siyasǝtdǝn narahatlıq duyduqlarını bildiriblǝr.

Nazirlǝrin ortaq qǝrarında, beynǝlxalq insan haqları tǝşkilatlarının Krım vǝ Ağmǝscid daxil bütün Ukrayna ǝrazilǝrinǝ mǝhdud edilmǝdǝn azad şǝkildǝ girǝ bilmǝlǝrinǝ imkan yaradılması üçün çağırış edilib vǝ Krımın qeyri-qanuni ilhaq edilmǝsi qınanıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar