Dünya şöhrətli müğənni Meray Keri cazibədar bədən quruluşunu nümayiş edib.
Ulduz bu dəfə "Wonderland magazine" jurnalının üz qabığına çəkilib. 44 yaşlı sənətçi moda fotoqraflarından biri olan Türro Riçardsonun obyektivinin qarşısına keçib. Yaşının az olmasıına baxmayaraq Meray Keri subut edib ki, bir çox gənc modelləri arxada qoya bilər. Maraqlı müsahibə verən ifaçı zarafatla vurğulayıb ki, əgər istəsə bu bədəni və cazibədarlığı ilə modellik biznesinə də başlaya bilər, bunu etmək üçün onda bütün üstəliklər var.
Son zamanlar saxladığı "çəhrayı pəhriz" ilə medianın diqqətində olan və istədiyi formanı əldə etməyə can atan pop diva pozaları ilə hər kəsi heyran edib.
Qeyd edək ki, ötən günlərdə Meray Keri may ayının sonunda işıq üzü görəcəyi planlaşdırılan "Me. I Am Mariah… The Elusive Chanteuse!" (Mən Meray Keri, tutulmaz müğənni ) albomunun reklam çarxını nümayiş edib.
[media=http://www.youtube.com/watch?v=5mSezvKLxVM]