Bu barədə futbolçunun bacısı açıqlama verib
Futbol İngiltərə "Tottenhem"inin hücumçusu Emmanuel Adebayor ailə üzvlərini cadugarlıqda günahlandırıb.
futbolçu 1 ilə yaxındır ki, onları evinin həndəvərinə buraxmır.
Bu barədə "Assra" radiosuna açıqlama verən forvardın bacısı Meggi məlumat verib: "Anamız Toqo-Qana sərhəddində polietilen paket, qapı qıfılları və sair xırdavat alveri ilə məşğul olur. Artıq bir ildən çoxdur ki, o, Emmanuelin üzünü görmür. Qardaşım anamızın zənglərini də cavabsız qoyur. Anam ondan pul istəmir, sadəcə, üzünü görmək arzusundadı, axı Emmanueli çox sevir".
Futbolçu özü də bu xəbəri təsdiq edib. Ailə üzvlərindən yan gəzməsini isə bu cür izah edib: "Anamla necə ünsiyyət qura bilərəm? O, bacılarımla birgə mənə qarşı cucudan istifadə etməyi qərara alıblar".
Cucu - Afrika qəbilələrində qara cadu hesab olunur. Afrikalılar hesab edir ki, cucu vasitəsi ilə insana psixoloji təsir göstərib, onu cinayətə sövq etmək olur.
Hücumçu anasının və bacılarının cucunun təsiri ilə karyerasına son qoymağa çalışdıqlarını iddia edib.