"Barselona”nın hücumçu Lionel Messi vergi problemlərinə görə İspaniyanı tərk edə bilər.
bundan əvvəl Messi vergiyə 52 milyon avro ödəməsinə baxmayaraq, futbolçunun işi hələ də istintaqdadır və həbs oluna bilər.
Futbolçuya yaxın mənbələrdən biri Britaniya mətbuatına açıqlamasında vergi məsələləri ilə bağlı bir çox futbolçunun problem yaşadığını, lakin heç birinə Messi qədər problem yaradılmadığını bildirib: "Bir çox tanınmış idmançılar oxşar vəziyyətə düşüblər. Onların da vergi ilə bağlı problemləri olub, ancaq hamısı inzibati yolla həll olunub. İker Kasilyas və Xavini misal göstərmək olar. Ancaq Messi yeganə biridir ki, bu problemə görə məhəkəmədə iş açılıb və hətta həbsə düşmək təhlükəsi var. O İspaniyaya çox qəzəblidir. Buradan getmək istəyir”.